Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Məmmədbağır Cavad oğlu Əliyevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun verilməsi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncama əsasən, M.Əliyevə Azərbaycan Respublikası üçün tibb kadrlarının hazırlanması və diaspor quruculuğu sahəsində səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilib.