Yuxarı

Leyla Seyidbəyli: "Evə buraxılan dörd neftçi yenidən xəstəxanaya qaytarılıb"

Onun sözlərinə görə, bununla da xəstəxanada olanların sayı 13 nəfərə çatıb

Bakı. 7 dekabr. REPORT.AZ/ "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən yanğın nəticəsində xəsarət alan neftçilərin 4 nəfəri müalicələrini yenidən xəstəxanada davam etdirəcəklər. 

"Report" xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bununla da xəstəxanada olanların sayı 13 nəfərə çatıb.

Qeyd edək ki, geri qaytarılan xəstələr 1981-ci il təvəllüdlü Vidadi Sarıyev, 1971-ci il təvəllüdlü Kamran Tarverdiyev, 1971-ci il təvəllüdlü Ədalət Dadaşovdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi