Leyla Seyidbəyli: "Evə buraxılan dörd neftçi yenidən xəstəxanaya qaytarılıb"

Leyla Seyidbəyli: "Evə buraxılan dörd neftçi yenidən xəstəxanaya qaytarılıb" Onun sözlərinə görə, bununla da xəstəxanada olanların sayı 13 nəfərə çatıb
Sağlamlıq
7 Dekabr , 2015 17:01
Leyla Seyidbəyli: Evə buraxılan dörd neftçi yenidən xəstəxanaya qaytarılıb

Bakı. 7 dekabr. REPORT.AZ/ "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən yanğın nəticəsində xəsarət alan neftçilərin 4 nəfəri müalicələrini yenidən xəstəxanada davam etdirəcəklər. 

"Report" xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bununla da xəstəxanada olanların sayı 13 nəfərə çatıb.

Qeyd edək ki, geri qaytarılan xəstələr 1981-ci il təvəllüdlü Vidadi Sarıyev, 1971-ci il təvəllüdlü Kamran Tarverdiyev, 1971-ci il təvəllüdlü Ədalət Dadaşovdur.

Son xəbərlər

Orphus sistemi