Yuxarı

Tibbdə yenilik: Kubalı həkimlər İİV virusunun anadan uşağa keçməsinin qarşısını almağın yolunu tapıb

Onların icad etdiyi dərman virusun anadan uşağa keçmə riskini 1 faizə endirəcək

Bakı. 2 iyul. REPORT.AZ/ Kubalı həkimlər İİV virusunun anadan uşağa keçməsinin qarşısını almağın yolunu tapıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb.

ÜST-nin yaydığı məlumata görə, kubalı həkimlər İİV virusunun anadan uşağa keçməsinin qarşısını alan yeni üsul icad ediblər.

Yazılı açıqlamada o da qeyd olunub ki, hər il dünyada 1.4 milyon ana, məhz bu virusun daşıyıcısına çevrilir: "Virusa qarşı heç bir tədbir görülmədiyi təqdirdə, onun anadan uşağa keçmə ehtimalı 15 faizdən 45 faizə qədər artacağı istisna edilmir. Amma kubalı həkimlərin icad etdiyi dərmanın sayəsində virusun anadan uşağa keçmə riskinin 1 faizə salındığı qeyd edilir. Bununla da bütün səhiyyə xidmətlərinin pulsuz olduğu Kuba tibb sahəsində daha bir mühüm nailiyyət qazanmış olub".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi