Körpələr üçün süni qida məhsullarının reklamında bəzi qadağalar olacaq

Körpələr üçün süni qida məhsullarının reklamında bəzi qadağalar olacaq Azərbaycanda hamiləliyin süni yolla pozulması üzrə tibbi xidmətin reklamı qadağan edilir
Sağlamlıq
2 Fevral , 2015 19:44
Körpələr üçün süni qida məhsullarının reklamında bəzi qadağalar olacaq

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycanda hamiləliyin süni yolla pozulması üzrə tibbi xidmətin reklamı qadağan edilir. "Report" xəbər verir ki, bu, "Reklam haqqında" qanun layihəsində qeyd edilib.

Yeni layihəyə əsasən, körpələr və erkən yaşına çatmamış uşaqlar üçün süni qida məhsullarının reklamında da bəzi qadağalar olacaq. Bu qadağalar reklamlarda həmin məhsulların ana südü ilə eyni olması, onu tam əvəz edə bilməsi, körpələrin ana südü ilə qidalanması ilə müqayisədə süni qidalanmanın üstünlüklərinin verilməsi barədə məlumatların ola bilməməsi ilə bağlıdır. Bundan başqa, bu məhsullar barədə reklam xarakterli məlumatlar hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayıla bilməz. Süni qida məhsullarının satış sərgisi və xüsusi nümayişi reklam məqsədilə təşkil oluna bilməz.

Yeni layihədə qeyd edilir ki, körpələr və erkən yaşına çatmamış uşaqlar üçün süni qida məhsullarının reklamında onlardan istifadənin yaş məhdudiyyətləri haqqında məlumatlar verilməli, mütəxəssislərlə məsləhətləşmənin zəruriliyi, ana südünün üstünlüyü qeyd olunmalıdır. Layihə ilə bioloji aktiv maddələrin, qida əlavələrinin, körpələr və erkən yaşına çatmamış uşaqlar üçün süni qida məhsullarının reklamının açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilməsi qadağandır.

Layihə Milli Məclisin iclasında ilk oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi