Yuxarı
    Bağlamaq

    Koreya istehsalı olan tibbi avadanlıqların xidmətinin Bakı nümayəndəliyi yaradılacaq

    Oqtay Şirəliyev Koreyanın Azərbaycandakı səfiri ilə görüşüb

    Bakı. 5 iyun. REPORT.AZ/ Koreya istehsalı olan tibbi avadanlıqların xidmətinin Bakı nümayəndəliyi yaradılacaq.

    “Report” xəbər verir ki, bu məsələ səhiyyə naziri Oqtay Şirəliyevlə Koreyanın Azərbaycandakı səfiri Kim Çanq-gyunun görüşündə müzakirə olunub.

    Görüşdə son illər ərzində ölkədə səhiyyə və tibb elmi sahəsində görülən işlər və əldə olunan nailiyyətlər haqqında səfirə qısa məlumat verilib.

    Sonra iki ölkə arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığının qurulması, mövcud olan əməkdaşlığın davamı üçün yeni təkliflər planının hazırlanması təklifi irəli sürülüb.

    Azərbaycanla Koreya arasında səhiyyə sahəsində əməkdaşlığa dair təkliflər və tədbirlər planına əsasən əczaçılıq məsələləri, Koreya istehsalı olan tibbi avadanlıqların xidmətinin Bakı nümayəndəliyinin yaradılması və gənc tibb mütəxəssislərinin diplomdan sonrakı peşə təkmilləşdirilməsi kurslarının təşkili kimi təkliflər daxildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi