Bakıda yanğınla əlaqədar xəstəxanalar tam hazır vəziyyətə gətirilib - YENİLƏNİB

Bakıda yanğınla əlaqədar xəstəxanalar tam hazır vəziyyətə gətirilib - YENİLƏNİB Şöbəyə daxil olan 4 nəfərin hamısı qadınlardır
Sağlamlıq
19 May , 2015 12:58
Bakıda yanğınla əlaqədar xəstəxanalar tam hazır vəziyyətə gətirilib - YENİLƏNİB

Bakı. 19 may. REPORT.AZ/ Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsi, 5 nömrəli Şəhər Klinik Xəstəxananın Yanıq şöbəsi, M.Ә.Mirqasımov adına Respublika Klinik Xәstәxanası və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu hadisə ilə əlaqədar tam hazır vəziyyətə gətirilib. Bunu "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib. 

Onun sözlərinə görə, xəstəxanalara xüsusi tapşırıqlar verilib. 

"Hadisə nəticəsində xəsarət alanların sayı isə 15-i ötüb. Xəsarət alanların 7-si Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan 4-ü hazırda KTM-in Toksikologiya şöbəsindədir", - S.Əhmədova deyib.

İlk xəbər 12:45-də dərc olunub

"Bakıda hündürmərtəbəli binada baş verən yanğınla əlaqədar Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 4 nəfər tüstüdən boğulma diaqnozu ilə daxil olub. Hazırda onların vəziyyəti orta-ağır kimi qiymətləndirilir". Bunu "Report"a açıqlamasında şöbənin müdiri Azər Maqsudov bildirib.

Onun sözlərinə görə, şöbəyə daxil olan 4 nəfərin hamısı qadınlardır. 

Son xəbərlər

Orphus sistemi