Yuxarı
    Bağlamaq

    Ötən il Azərbaycanda şəkərli diabet xəstəliyindən ölənlərin sayı açıqlanıb

    Bakı şəhəri üzrə 104 nəfər məhz bu xəstəlikdən dünyasını dəyişib

    Bakı. 14 sentyabr. REPORT.AZ/ Ötən il Azərbaycanda şəkərli diabet xəstəliyindən ölənlərin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, ölkə üzrə 976 nəfər, Bakı şəhəri üzrə isə 104 nəfər məhz bu xəstəlikdən dünyasını dəyişib.

    Bundan başqa, xəstələrin ümumi sayından yaş qrupları üzrə bölgüsünə gəlincə, keçən il ölkə üzrə 0-13 yaşlı xəstələrin sayı 137 (83 oğlan, 54 qız), Bakıda isə 43 nəfər (26 oğlan, 17 qız) təşkil edib.

    Eyni zamanda, 14-17 yaşlı xəstələr ölkə üzrə 73 (40 oğlan, 33 qız), Bakı üzrə isə 17 (12 oğlan, 5 qız)nəfərdir. 18-29 yaşlı xəstələrə gəlincə, onlardan 1 061-i (464 kişi, 597 qadın) ölkə, 101-i (54 kişi, 47 qadın) isə Bakıda qeydiyyata alınıb.

    Həmçinin, 30 və yuxarı yaşda olanlar arasında ölkə üzrə 2 381 (1 148 kişi, 12 733 qadın), paytaxt üzrə isə 7 755 (3 406 kişi, 4 349 qadın) nəfər şəkərli diabet xəstəliyindən əziyyət çəkib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi