Yuxarı
    Bağlamaq

    Ötən ay Azərbaycanda 50-dən artıq qida zəhərlənməsi baş verib

    Keçən ay ölkədə 1 botulizm hadisəsi qeydə alınıb ki, nəticədə 3 nəfər zəhərlənib

    Bakı. 22 may. REPORT.AZ/ Bu ilin aprel ayında Azərbaycanda 53 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

    Məlumata görə, qida zəhərlənmələrindən ümumilikdə 63 nəfər zərər çəkib. Həmçinin ötən ay ölkədə 1 botulizm hadisəsi qeydə alınıb ki, nəticədə 3 nəfər zəhərlənib.

    Qeyd edək ki, mart ayında 71 qida zəhərlənməsi hadisəsi baş vermişdi. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi