Ötən ay Azərbaycanda 50-dən artıq qida zəhərlənməsi baş verib

Ötən ay Azərbaycanda 50-dən artıq qida zəhərlənməsi baş verib Keçən ay ölkədə 1 botulizm hadisəsi qeydə alınıb ki, nəticədə 3 nəfər zəhərlənib
Sağlamlıq
22 May , 2015 13:09
Ötən ay Azərbaycanda 50-dən artıq qida zəhərlənməsi baş verib

Bakı. 22 may. REPORT.AZ/ Bu ilin aprel ayında Azərbaycanda 53 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Məlumata görə, qida zəhərlənmələrindən ümumilikdə 63 nəfər zərər çəkib. Həmçinin ötən ay ölkədə 1 botulizm hadisəsi qeydə alınıb ki, nəticədə 3 nəfər zəhərlənib.

Qeyd edək ki, mart ayında 71 qida zəhərlənməsi hadisəsi baş vermişdi. 

Son xəbərlər

Orphus sistemi