İyunun 1-dən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinə başlanılacaq

İyunun 1-dən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinə başlanılacaq Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik edilib
Sağlamlıq
25 Fevral , 2015 06:41
İyunun 1-dən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinə başlanılacaq

Bakı. 25 fevral. REPORT.AZ/ Bu il iyun ayının 1-dən etibarən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinə başlanılacaq. 

"Report" xəbər verir ki, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik edilib. 

Nikaha daxil olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər. Həmin şəxslərin tibbi müayinəsi, habelə onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi, onların müraciəti yaşayış yeri üzrə dövlət və ya bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir. Həmin şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. 

Qeyd edək ki, dəyişikliklər səsvermədən sonra qəbul edilib.

Son xəbərlər

Orphus sistemi