İranlı cərrahın düzgün diaqnoz qoymadığı azərbaycanlı xəstənin qarnından yad cisim çıxarılıb

İranlı cərrahın düzgün diaqnoz qoymadığı azərbaycanlı xəstənin qarnından yad cisim çıxarılıb Xəstə ATU-nun professoru tərəfindən əməliyyat olunub
Sağlamlıq
16 Fevral , 2017 11:00
İranlı cərrahın düzgün diaqnoz qoymadığı azərbaycanlı xəstənin qarnından yad cisim çıxarılıb

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat icra olunub.

ATU-nun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yeddi ay əvvəl Tacikistanın paytaxtı Düşənbə şəhərində iranlı cərrah tərəfindən böyrək köçürdülən xəstənin halı pisləşdiyi üçün xəstə ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edib.

Bellə ki, xəstənin yarası sağalmır və irinləyirmiş. Digər tərəfdən, bu vətəndaşa həm də şəkərli diabetə tutulduğunu deyiblər.

Müayinə nəticəsində xəstəyə düzgün diaqnoz qoyulmadığı aydınlaşıb. Kompüter tomoqrafiyası zamanı dosent Rasim Bayramov xəstənin qarnında irinlik və yaddan çıxmış yad cisim aşkarlayıb. Xəstə professor Mübariz Əliyev tərəfindən əməliyyata alınıb. Yüksək səviyyədə keçən əməliyyat uğurlu olub. Hazırda xəstənin vəziyyəti stabilləşib. 

Son xəbərlər

Orphus sistemi