İnsan embrionunda ilk dəfə beta-talassemiyanın inkişafına səbəb olan DNT mutasiyasının korreksiyası həyata keçirilib

İnsan embrionunda ilk dəfə beta-talassemiyanın inkişafına səbəb olan DNT mutasiyasının korreksiyası həyata keçirilib Sun Yatsen Universitetinin alimləri genetik kodda tək-tük səhvləri düzəltmək üçün istifadə olunan texnologiyadan yararlanıb
Sağlamlıq
28 Sentyabr , 2017 17:01
İnsan embrionunda ilk dəfə beta-talassemiyanın inkişafına səbəb olan DNT mutasiyasının korreksiyası həyata keçirilib
Getty Images

Bakı. 28 sentyabr. REPORT.AZ/ Alimlər genetik xəstəliyi müalicə etmək məqsədilə ilk dəfə insan embrionunun yüksək dəqiqliklə kimyəvi əməliyyatını həyata keçirib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə çinli tədqiqatçılar bildiriblər.

Sun Yatsen Universitetindən olan bir qrup alim üç milyard "işarədən" ibarət olan genetik kodda tək-tük səhvləri düzəltmək üçün istifadə olunan və "əsasların redaktəsi" adı verilən texnologiyadan yararlanıb.

Alimlər laboratoriyada yetişdirilən və DNT-lərində hemoqlobin sintezini pozan ağır genetik xəstəliyin - beta-talassemiyanın inkişafına səbəb olan mutasiyaya uğramış embrionlar üzərində əməliyyat aparıblar.

Alimlər iddia edirlər ki, yeni texnologiya haçansa uşaqlar hələ anadan olmamış bu və digər irsi xəstəlikləri müalicə etməyə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi