Azərbaycanda "İİV-ə testləşmə milli həftəsi" elan edilib

Azərbaycanda "İİV-ə testləşmə milli həftəsi" elan edilib Müayinələr əsasən müəssisələrdə və iş yerlərində aparılacaq
Sağlamlıq
31 İyul , 2015 11:57
Azərbaycanda İİV-ə testləşmə milli həftəsi elan edilib

Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycanda avqustun 3-dən 10-na kimi "İİV-ə testləşmə milli həftəsi" elan edilib. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzindən məlumat verilib. 

"Testdən keç-təhlükəsiz yaşa" şuarı altında keçiriləcək bu kampaniya ölkədə İİV/QİÇS-lə mübarizənin daha da gücləndirilməsi, insanların öz İİV-statusunu bilməsinin təmin edilməsi, yoluxma hallarının erkən aşkarlamnası və profilaktikasının genişləndirilməsi, bu sahədə əhalinin biliklərinin artırılması, İİV-lə bağlı stiqma və diskreminasiya hallarının qarşısının alınması məqsədini daşıyır. Kampaniya tədbirlərinə əhalinin əlçatanlığının təmin olunması üçün ölkənin ayrı-ayrı bölgələrində səyyar İİV-ə müayinə məntəqələri təşkil olunacaq. Kampaniya çərçivəsində İİV-ə müayinələrin əsasən müəssisələrdə və iş yerlərində aparılması nəzərdə tutulub.

Xatırladaq ki, "İİV-ə testləşmə milli həftəsi" BMT-nin İİV/QİÇS üzrə birləşmiş proqramı olan UNAIDS təşkilatının 2013-cü ildə elan etdiyi "Sıfır – İİV-ə yeni yoluxmalar, Sıflr – İİV-lə bağlı damğalanma halları, Sıfır – İİV/QİÇS-dən ölum halları" strategiyası əsasında keçirilir.

Son xəbərlər

Orphus sistemi