Yuxarı

Almaniyalı mütəxəssislər İcbari Tibbi Sığortaya keçidlə əlaqədar Azərbaycana gələcək

Səhiyyə naziri Oqtay Şirəliyev Almaniyanın Azərbaycandakı səfiri Mixayel Kinsqrabla görüşüb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Almaniyanın bir qrup mütəxəssisi 2017-2018-ci illər ərzində tətbiq olunacaq İcbari Tibbi Sığortaya keçidlə əlaqədar Azərbaycana gələcəklər.

“Report”un məlumatına görə, bu, səhiyyə naziri Oqtay Şirəliyevlə Almaniyanın Azərbaycandakı səfiri Mixayel Kinsqrabun görüşündə bildirilib. 

Görüşdə hər iki ölkə arasındakı səhiyyə və tibb elmi sahəsinə dair hazırkı əlaqələr və gələcək perspektivlər müzakirə edilib.

Səfir M.Kinsqrab Azərbaycanda aparılan səhiyyə sistemindəki islahatlardan danışaraq qeyd edib ki, hazırda Təcili Tibbi Yardımda istifadə edilən ambulansların Almaniyadan gətirilməsi də böyük etimad və xöş münasibətlərin nəticəsidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi