İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs kimi qeydiyyata alınıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs kimi qeydiyyata alınıb Bakı. 16 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. 
Sağlamlıq
16 Yanvar , 2018 14:25
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs kimi qeydiyyata alınıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. 

Bu barədə "Report"a Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Fərmana əsasən, agentliyin Nizamnaməsi təsdiq edilib. Təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə və agentliyin özünə həvalə olunub.

Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 4 milyon manat təşkil edir.

Agentliyin Nizamnaməsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin məqsədi və istiqamətləri, vəzifələri və hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları və digər məsələlər əksini tapıb.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs kimi qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi