Yuxarı
    Bağlamaq

    Azərbaycanda ildə hər 100 nəfərdən 5-i anemiya xəstəliyinə yoluxur

    Hazırda 42 minə yaxın anemiya xəstəsi qeydiyyatdadır

    Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycanda əhalinin 100 min nəfərindən 435,3 nəfəri anemiya xəstəsi kimi müalicə-proflaktika müəssisələrində qeydiyyatdadır.

    "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hazırda müalicə proflaktika müəssisələrində 41 722 nəfər anemiya xəstəsi qeydiyyatdaır.

    2000-ci ildə bu rəqəm 28780 nəfər olub.

    Ötən il 45798 nəfər ilk dəfə qoyulan diaqnozla anemiya xəstəsi kimi qeydə alınıb. Bu da o deməkdir ki, bir il ərzində 100 000 əhalidən 480,6 nəfəri anemiya problemi ilə üzləşib.

    Qeyd edək ki, anemiya xəstəliyi ilə üzləşənlərin sayı artır.

    Belə ki, 2010-cü ildə ilk dəfə qoyulan diaqnozla 38706 anemiya xəstəsi qeydə alınıb. 2000-ci ildə isə bu rəqəm 22011 nəfər olub ki, bu da hər 100 000 nəfər əhaliyə 276,7 nəfər deməkdir.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi