Yuxarı

Hər il 2,1 milyon qadın şəkərli diabet xəstəliyi səbəbindən ölür

60 milyondan artıq hamilə qadın şəkərli diabet xəstəliyinin daşıyıcısıdır

Bakı. 22 oktyabr. REPORT.AZ/ Hər il dünyada şəkərli diabet xəstəliyindən əziyyət çəkən 2,1 milyon qadın dünyasını dəyişir. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu xəstəlik xüsusilə hamiləlik dövründə həm ana, həm də uşağın sağlamlığını ciddi təhlükə altına salır.

Məlumatda bildirilir ki, dünyada 60 milyondan artıq hamilə qadın şəkərli diabet xəstəliyinin daşıyıcısıdır. Hər il 2,1 milyon qadın xəstəlik səbəbindən həyatını itirir. 

Növbəti 20 il ərzində xüsusilə də Yaxın Şərqdə və Afrikada şəkərli diabetdən əziyyət çəkən qadınların sayında ciddi artım olacağı proqnozlaşdırılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi