Hər il 2,1 milyon qadın şəkərli diabet xəstəliyi səbəbindən ölür

Hər il 2,1 milyon qadın şəkərli diabet xəstəliyi səbəbindən ölür 60 milyondan artıq hamilə qadın şəkərli diabet xəstəliyinin daşıyıcısıdır
Sağlamlıq
22 Oktyabr , 2015 17:10
Hər il 2,1 milyon qadın şəkərli diabet xəstəliyi səbəbindən ölür

Bakı. 22 oktyabr. REPORT.AZ/ Hər il dünyada şəkərli diabet xəstəliyindən əziyyət çəkən 2,1 milyon qadın dünyasını dəyişir. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu xəstəlik xüsusilə hamiləlik dövründə həm ana, həm də uşağın sağlamlığını ciddi təhlükə altına salır.

Məlumatda bildirilir ki, dünyada 60 milyondan artıq hamilə qadın şəkərli diabet xəstəliyinin daşıyıcısıdır. Hər il 2,1 milyon qadın xəstəlik səbəbindən həyatını itirir. 

Növbəti 20 il ərzində xüsusilə də Yaxın Şərqdə və Afrikada şəkərli diabetdən əziyyət çəkən qadınların sayında ciddi artım olacağı proqnozlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi