Həkimlər sertifikasiya şəhadətnamələrini elektron qaydada əldə edə biləcəklər

Həkimlər sertifikasiya şəhadətnamələrini elektron qaydada əldə edə biləcəklər Bunun üçün e-health.gov.az saytına daxil olmaq lazımdır
Sağlamlıq
9 Yanvar , 2017 11:33
Həkimlər sertifikasiya şəhadətnamələrini elektron qaydada əldə edə biləcəklər

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanda həkimlər bundan sonra sertifikasiya şəhadətnamələrini elektron qaydada əldə edə biləcəklər.

“Report”un məlumatına görə, bunun üçün e-health.gov.az saytına daxil olaraq “Sertifikasiya şəhadətnaməsinin çapı “elektron xidməti” barədə təlimatda göstərilən ardıcıllıqla Sertifikasiya şəhadətnaməsini çap edə, əgər həmin saytda qeydiyyatdan keçilməyibsə, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin rəsmi portalında qeydiyyatdan keçmənin təlimatında göstərilən formada qeydiyyatdan keçmək olar. 

Əlavə məlumat almaq üçün 431 38 28 nömrəli telefona zəng edə və ya [email protected] elektron poçtuna suallar yazmaq mümkündür. 

Son xəbərlər

Orphus sistemi