Yuxarı
    Bağlamaq

    Həkim: "Əyri onurğa, burulmuş fəqərə 30 yaşında infarkta səbəb ola bilər"

    Təəssüf ki, bizdə xəstəliyi təbii yolla düzətməkdənsə, dərmana üstünlük verirlər

    Bakı. 10 yanvar. REPORT.AZ/ "Astmatiklərin 99 faizində onurğa əyri olur. Əyri onurğa, buruq fəqərələr siniri sıxdıqda ağciyərlərin oksigenlə təmin olunması pozulur və astmatik komponent başlayır".

    Bu fikirləri "Report"a açıqlamasında həkim-fizioterapevt Zaur Əliyev deyib.

    O qeyd edib ki, astmatiklərin müalicə üsulu ilə sağalmadığı haqqında fikirlər doğru deyil: "Azərbaycanda astmatiklərin sağalmadığını deyirlər. Ancaq bu, düzgün deyil, onlar sağalır. Əgər şəxsin onurğa sütununun döş hissəsində əyrilik varsa, təngənəfəslik, asmatik komponentlər yaranır. Ağciyərdə sinir pozulması mədə və ürəkdə problemlər yaradır. Xəstə ürək ağrısı şikayəti ilə həkimə gedir, ancaq yoxlayanda heç bir problemi ortaya çıxmır. Onurğada fəqərə əyilib, sinir sıxıldığından ürəyə gedən sinirin qidalanması pozulur. Bu da 30 yaşlarında insanda infarkta gətirib çıxara bilər".

    Z.Əliyev bildirib ki, boyun fəqərəsindən çıxan üçlü sinirin problemləri göz qapağında, başda, qulaqda, diş dibində ağrılara, gözün zəif görməsinə səbəb ola bilər: "Hətta 6-7-ci boyun fəqərələrinin burulması nəticəsində insanın barmaqları uyuşur, qolu keyiyir. Fəqərələrin burulması nəticəsində zərər görən sinir əlavə problemlər yaradır, böyrəklərə, qadın, kişi orqanlarına, ayaqlara, belə ağrılar, keyimələr verir. Bütün bu xəstəliklərin səbəbi onurğada olan problemlərlə bağlıdır. Təəssüf ki, bizdə xəstəliyi təbii yolla müalicə etməkdənsə, dərmana üstünlük verirlər. Dərmanla ağrını götürmək olar. Amma səbəb tapılıb müalicə olunmayıbsa, ağrılar yenə də başlayacaq".  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi