Gürcüstanda 5 yaşlı azərbaycanlı uşaq "donuz qripi"nə yoluxub

Gürcüstanda 5 yaşlı azərbaycanlı uşaq "donuz qripi"nə yoluxub Tbilisi. 17 yanvar. REPORT.AZ/ Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda donuz qripinə 4 yoluxma halı qeydə alınıb.
Sağlamlıq
17 Yanvar , 2019 15:53
Gürcüstanda 5 yaşlı azərbaycanlı uşaq donuz qripinə yoluxub

Tbilisi. 17 yanvar. REPORT.AZ/ Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda "donuz qripi"nə 4 yoluxma halı qeydə alınıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, xəstəliyə yoluxanların ikisi azərbaycanlıdır.

Onlardan biri 39 yaşlı qadın, digəri isə 5 yaşlı uşaqdır. Həkimlər qadının vəziyyətini orta-ağır, uşağın durumunu isə ağır kimi qiymətləndirirlər. 

Xatırladaq ki, Gürcüstanda bu günə qədər "donuz qripi" adlandırılan A (H1N1) virusundan 17 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi