Yuxarı

Gələcək 15 ildə dünya əhalisinin üçdə biri artıq çəki problemi ilə üzləşəcək

2 milyard insan ac qalacaq

Bakı. 26 sentyabr. REPORT.AZ/ Dünya əhalisinin üçdə biri 2030-cu ilə qədər artıq çəki problemi ilə üzləşə bilər.

"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) açıqlayıb.

Təşkilatdan qeyri-sağlam və yetərsiz qidalanmanın dünyada hər üç insandan birinə təsir etdiyi, beş yaşa qədər uşaqların inkişafını əngəllədiyi bildirilib.

Hesabatda hazırda dünyada 2 milyard insanın sağlam ömür yaşaması üçün lazım olan vitamin və mineralları ala bilmədiyi açıqlanıb.

Qeyd olunub ki, dünyada hələ də 800 milyon insan aclıqla üz-üzədir. Gələcək 20 ildə əhalinin sayı artıqca daha da pis nəticənin gözlənildiyi, 2050-ci ilə qədər Asiya və Afrikada 2 milyard insanı ərzaqla təmin etməyin vacibliyi vurğulanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi