Yuxarı

Finlandiya Ebola ilə mübarizə üçün daha bir milyon avro ayırıb

Helsinki bu günədək Ebola ilə mübarizəyə toplam 4 milyon avro ayırmış olub

BAKI. 27 yanvar. REPORT.AZ/ Finlandiyanın Nazirlər Kabineti ölümcül Ebola virusunun yayılması ilə mübarizə məqsədilə daha bir milyon evro ayırıb.

"Report"-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, beləliklə rəsmi Helsinki bu günədək Ebola ilə mübarizəyə toplam dörd milyon evro vəsait ayırmış olub.

Qeyd edək ki, ölümcül virusun yayıldığı Qərbi Afrika ölkələrində Ebolaya yoluxanların sayı artıq 21 mini ötüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi