Yuxarı
    Bağlamaq

    Ebola virusuna qarşı yeni vaksin hazırlanıb

    Vaksinin könüllülər üzərindəki ilk sınaqları Oksford Universitetində keçiriləcək

    Bakı. 7 yanvar. REPORT.AZ/ Hollandiyada bir şirkət Qərbi Afrika ölkələrində minlərlə insanın ölümünə səbəb olan Ebola virusuna qarşı yeni vaksin hazırladığını bildirib. Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

    Ölkənin dövlət televiziyası NOS-un yaydığı məlumata görə, yeni vaksini "Janssen" dərman şirkəti  Danimarka firmasının köməyi ilə hazırlayıb. Vaksinin könüllülər üzərində ilk sınaqları Oksford Universitetində keçiriləcək. Testin nəticələrinin isə mart ayında məlum olacağı gözlənilir.

    Müxtəlif ölkələrin maddi köməyi ilə İsveçrədə istehsal olunan və laboratoriya şəraitində heyvanlar üzərində sınaqdan keçirilən vaksinin insanlarda da müsbət nəticə verəcəyi təqdirdə, dərmandan Qərbi Afrika ölkələrində istifadə edilməsi planlaşdırılır.

    Şirkət hazırda 400 min vaksin hazırlayır. Testlərin nəticələri müsbət olacağı və ehtiyac yarandığı təqdirdə 1,5 il ərzində 5 milyon vaksin istehsal edilməsi nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi