Dünyada xərçəng diaqnozu qoyulan kişilərin 24 faizində prostat vəzi xərçəngi aşkar olunur

Dünyada xərçəng diaqnozu qoyulan kişilərin 24 faizində prostat vəzi xərçəngi aşkar olunur Bütün prostat vəzi xərçəngindən əziyyət çəkən xəstələrdən onunda bu xəstəlik atadan oğula genetik keçir
Sağlamlıq
17 Sentyabr , 2015 07:27
Dünyada xərçəng diaqnozu qoyulan kişilərin 24 faizində prostat vəzi xərçəngi aşkar olunur

Bakı. 16 sentyabr. REPORT.AZ/ Dünyada xərçəng diaqnozu qoyulan kişilərin 24 faizində prostat vəzi xərçəngi aşkar olunur. "Report" xarici mətbuata istinadən xəbər verir ki, prostat vəzinin xərçəngi kişilər arasında ən çox rast gəlinən xərçəng növlərindən biridir.

Məlumatda bildirilir ki, hələlik bu xəstəliyin yaranması səbəbləri elmə tam məlum deyil. Alimlərin fikrincə, yaş, yağlı qidalanma vərdişi, hormonlar, A və D vitamini çatışmazlığı xəstəliyin əmələ gəlməsində rol oynayır.

Elm adamları məsləhət görürlər ki, 50 yaşından yuxarı kişilər vaxtında mütəmadi şəkildə həkimə müraciət etməlidirlər: "Bütün prostat vəzi xərçəngindən əziyyət çəkən xəstələrdən 10-da bu, atadan oğula genetik keçdiyi sübuta yetirilib. Eyni zamanda, prostat vəzinin xərçəngi olan xəstələrin oğullarına və qardaşlarına keçmə riski daha yüksəkdir".

Xatırladaq ki, hər il təkcə Avropada 350 minə yaxın insana prostat vəzi xərçəngi diaqnozu qoyulur. 

Son xəbərlər

Orphus sistemi