Dünyada hər 6 nəfərdən biri miqren xəstəliyindən əziyyət çəkir

Dünyada hər 6 nəfərdən biri miqren xəstəliyindən əziyyət çəkir Mütəxəssislər miqren xəstələrinə mütləq əməliyyat olunmağı tövsiyə edirlər
Sağlamlıq
4 Avqust , 2015 06:29
Dünyada hər 6 nəfərdən biri miqren xəstəliyindən əziyyət çəkir

Bakı. 4 avqust. REPORT.AZ/ Dünyada hər 6 nəfərdən biri miqren xəstəliyindən əziyyət çəkir. "Report" xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər miqreni əsrin vəbası kimi təsvir edirlər.

Həkimlər bildirirlər ki, miqren yalnız baş ağrısından ibarət deyil: "Miqren xəstələri psixoloji sarsıntı yaşadıqlarına görə bəzən evdən bayıra belə çıxmırlar. Ürək bulanması, qusma, işığa və səsə qarşı həssaslıq göstərən xəstələr miqrenin baş verdiyi zaman bədənlərində hər hansı bir fiziki pozğunluq olmamasına rəğmən özlərini evə qapadırlar. Heç kəslə danışmadıqları üçün işlərindən və ailə həyatlarından geri qalırlar".

Mütəxəssislər miqren xəstələrinə mütləq əməliyyat olunmağı tövsiyə edirlər: "Əməliyyatın uğurlu nəticəsi 90 faizdir. Hətta elmi nəşrlərdə 60 faiz tam, 30 faiz müəyyən səviyyədə sağalma şansı bildirilir. Miqren əsrin vəbası olmaqla yanaşı, milyonlarla insana təsir edir. Belə ki, dünyada hər 6 nəfərdən biri miqren xəstəliyindən əziyyət çəkir".

Son xəbərlər

Orphus sistemi