Dünyada 300 milyon insan nadir rast gəlinən xəstəlikdən əziyyət çəkir

Dünyada 300 milyon insan nadir rast gəlinən xəstəlikdən əziyyət çəkir Nadir xəstəliklərin 80 faizi genetik mənşəlidir
Sağlamlıq
29 Fevral , 2016 21:33
Dünyada 300 milyon insan nadir rast gəlinən xəstəlikdən əziyyət çəkir

Bakı. 29 fevral. REPORT.AZ/ Dünyada 300 milyon insan nadir rast gəlinən xəstəlikdən əziyyət çəkir. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu kimi xəstəliklərin çoxluq təşkil etməsi ölkə, region və cəmiyyətə görə dəyişir.

Mütəxəssislər qeyd edib ki, nadir xəstəliklərin çoxu genetik olaraq keçir. Lakin genetik olmayan xəstəliklər də var. Misal olaraq, yoluxucu bəzi xəstəliklər nadir sayılsa da, bir çox xəstəliyin səbəbi hələ də məlum deyil.

Avropa İttifaqı cəmiyyətdə hər iki min nəfərdən birinin nadir xəstəliyə tutulduğunu bəyan edir. Dünya üzrə 250-300 milyon, Avropa və Amerikada isə 60 milyon insanın əziyyət çəkdiyi təxminən 6 mindən çox nadir xəstəlik növü aşkar olunub.

Beynəlxalq Səhiyyə İnstitutunun məlumatlarına görə, nadir xəstəliklərin 80 faizi genetik mənşəlidir. 

Qeyd edək ki, nadir xəstəliklərin böyük əksəriyyəti genetik və ya qohum evliliyinin sıx olduğu yerlərdə müşahidə edilir.

Son xəbərlər

Orphus sistemi