Yuxarı
    Bağlamaq

    Dünyada 300 milyon astma xəstəsi var

    Müvafiq dərman müalicəsindən istifadə edən hər bir kəs normal şəkildə gündəlik həyatına davam edə bilər

    Bakı. 10 may. REPORT.AZ/ Dünyada təxminən 300 milyon astma (tənəffüs sisteminin xroniki infeksion-allergik mənşəli xəstəliyidir) xəstəsi var. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu xəstəlik ən çox uşaqlar arasında rast gəlinir.

    Astma tutmaları zamanı tənəffüs yolları əzələləri gərginləşir, selikli qişa şişkinləşir. Bu, bronxlarla keçən havanın həcmini azaldır və quru xırıltıların əmələ gəlməsinə səbəb olur. Bəzi xəstələrdə quru xırıltılar tutmalar şəklində olaraq simptomsuz dövrdən seçilir. Bəzi xəstələrdə uzun müddətli tənəffüs müddətinin qısalması müşahidə olunur. Digər qrup xəstələrdə isə öskürək əsas simptom olaraq qalır. Astma tutmaları bir neçə dəqiqədən bir neçə günədək davam edir. Tənəffüs həcmi kəskin azalarsa, insan üçün təhlükəli ola bilər.

    Astma üçün ən mühüm risk amilindən biri genetik uyğunluq, digəri isə ekoloji təsirlərdir. Müvafiq dərman müalicəsindən istifadə edən hər bir kəs normal şəkildə gündəlik həyatına davam edə bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi