"Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı" təsdiqlənib

"Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı" təsdiqlənib Səhiyyə Nazirliyinə sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş tədbirlərin həyata keçirilməsini əlaqələndirmək tapşırılıb
Sağlamlıq
28 Fevral , 2018 21:01
Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı təsdiqlənib

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək, Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb. 

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir..

Son xəbərlər

Orphus sistemi