Yuxarı

Çilidə Zika virusuna yoluxan ilk şəxs müəyyən olunub

Zika virusu Haitidən qayıdan 46 yaşlı qadında aşkar edilib

Bakı. 27 mart. REPORT.AZ/ Çilidə Zika virusuna yoluxan ilk şəxs müəyyən olunub. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.

Zika virusu Haitidən qayıdan 46 yaşlı qadında aşkar edilib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı fevralın 1-də Qərb yarımkürəsində baş qaldırmış "Zika" virusunun qlobal sağlamlıq üçün təhlükə olduğunu açıqlayıb. Təşkilatda hamiləlik zamanı "Zika" infeksiyası ilə uşaqlarda qeydə alınan mikrosefaliya halları arasında əlaqə olması barədə ciddi şübhələr var. Hərçənd hələlik bu fərziyyə elmi təsdiqini tapmayıb. Virus daşıyıcıları isə "Aedes Aegypti" ağcaqanadlarıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi