Yuxarı
    Bağlamaq

    Bu ilin ötən dövrü ərzində Azərbaycanda 618 nəfər İİV-ə yoluxub

    Şöbə müdiri: Bu ilin 11 ayı ərzində İİV infeksiyasından 719 nəfər vəfat edib

    Bakı. 1 dekabr. REPORT.AZ/ “Bu ilin 11 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 618 nəfər təşkil edib. Onlardan 598-i (96,8%) Azərbaycan vətəndaşı, 20 nəfəri (3.2%) isə əcnəbilərdir”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Natiq Zülfüqarov deyib.

    Onun sözlərinə görə, Azərbaycanda ümumilikdə 4 453 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyata alınıb: “Qeydiyyata alınanlardan 3 257-ü (73,1%) kişi, 1 197-ü (26,9%) qadındır”.

    Şöbə müdiri qeyd edib ki, bu ilin ötən dövrü ərzində İİV infeksiyasından 719 nəfər vəfat edib: “Hazırda ölkədə QİÇS mərhələsində olanlar 1 229 nəfər təşkil edir. İİV infeksiyasına yoluxanların 49 faizi infeksion narkotik istifadəçiləridir. Bundan başqa yoluxanların 41 faizi heteroseksual, 2 faizində homoseksual kontakt nəticəsində, 1,8 faizi anadan uşağa keçməklə baş verib”.

    N.Zülfüqarovun sözlərinə görə, İİV bir nəfərə donor qanının köçürülməsi nəticəsində (0,02%) keçib: “İİV-ə yoluxanların 6,2 faizində yoluxma yolu müəyyən edilməyib”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi