Yuxarı

İlin ilk rübündə Naxçıvanda dispanser qeydiyyatına götürülənlərin sayı açıqlanıb

Səhiyyə müəssisələrində 17 929 nəfər müayinə edilib

Bakı. 15 aprel. REPORT.AZ/ Bu ilin birinci rübündə Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrində 17 929 nəfər müayinə edilib, 4 037 nəfər dispanser qeydiyyatına götürülüb.

"Report" xəbər verir ki,bu barədə məlumatı muxtar respublikanın Səhiyyə Nazirliyi açıqlayıb.

Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən mədəniyyət sahəsində çalışan işçilər arasında süd vəzinin profilaktik müayinəsinə də başlanılıb. Bakıda fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasının Ürək və damar xəstəlikləri şöbəsinin 12 nəfərdən ibarət heyəti Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin Kardiocərrahiyyə şöbəsinin həkimləri ilə birgə 250 nəfərdə müayinə, 21 nəfərdə açıq ürək əməliyyatı aparıb. 

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının ayrı-ayrı ixtisaslar üzrə 21 nəfərlik həkim briqadası isə Şərur rayonunda olub, 2504 nəfər tibbi müayinədən keçirilib, 75 nəfərdə əməliyyat aparılıb, Azərbaycan Milli Oftalmologiya Mərkəzinin oftalmoloqu tərəfindən Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasında 22 nəfər müayinə, 6 nəfər isə əməliyyat edilib. Həmçinin Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə dəvət olunan akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin invaziv uşaq kardioloqu 12 nəfərdə EXO müayinəsi, Azərbaycan Tibb Universitetinin uşaq cərrahı isə 5 nəfərdə plastik rekonstruktiv əməliyyatlar aparıb.

Gigiyena və epidemiologiya mərkəzləri ərzaq ticarəti obyektlərinə baxış keçirib, Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə mübarizə şöbəsinin laboratoriyasında hamilə və zahı qadınlar, donorlar, hərbçilər və nikaha daxil olanlar müayinə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi