Bu il “təcili tibbi yardım”a müraciət edənlərin sayı açıqlanıb

Bu il “təcili tibbi yardım”a müraciət edənlərin sayı açıqlanıb Çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1 000 nəfərdən çox olub
Sağlamlıq
8 Sentyabr , 2016 16:08
Bu il “təcili tibbi yardım”a müraciət edənlərin sayı açıqlanıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına bu ilin yanvar-avqust ayı ərzində 30 0000 çox ümumi müraciət daxil olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, onlardan 25 000-dən çoxu xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 37 000-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 5 000-dən çox olub.

Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1 000 nəfərdən çox olub.

Miokard infarktı ilə müraciətlərin sayı 480, hospitalizasiya 465-ə yaxın, insultla müraciətlərin sayı 1500, hospitalizasiya 1400, doğuşla bağlı müraciətlərin sayı 1600, hospitalizasiya 1590, avtoqəza zamanı xəsarət alanların sayı 900 hospitalizasiya 800- dən artıq, xəstəxanadan kənar doğuşların sayı 30 olub ki, onların da hamısı hospitalizasiya olunub.

Təcili tibbi yardıma ehtiyacı olan 150 nəfər yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərilərək müvafiq xəstəxanalara yerləşdirilib.

Yay mövsümü başlanandan ilan sancması ilə əlaqədar cəmi 14 müraciət olub ki, bunlardan da 12 halda hospitalizasiya icra edilib.

Bundan başqa, yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən və paytaxtın doğum evlərində anadan olan az çəkili və ya ağır qüsurlarla doğulmuş 500-ə qədər körpə Respublika Perinatal Mərkəzinə, K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiya icra edilib.

Son xəbərlər

Orphus sistemi