Bu il səhiyyə müəssisələrinə 510 yeni yanğınsöndürən balon verilib

Bu il səhiyyə müəssisələrinə 510 yeni yanğınsöndürən balon verilib Bakı. 23 may. REPORT.AZ/ Səhiyyə Nazirliyi akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Yasamal rayonu ərazisində yerləşən 16 tibb müəssisəsinin nümayəndələri üçün fövqəladə hallarda davranışla bağlı maarifləndiriçi tədbir keçirib.
Sağlamlıq
23 May , 2018 10:51
Bu il səhiyyə müəssisələrinə 510 yeni yanğınsöndürən balon verilib
Report
0 : 00
0 : 00

Bakı. 23 may. REPORT.AZ/ Səhiyyə Nazirliyi akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Yasamal rayonu ərazisində yerləşən 16 tibb müəssisəsinin nümayəndələri üçün fövqəladə hallarda davranışla bağlı maarifləndiriçi tədbir keçirib. 

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən bildirilib.

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə birgə təşkil olunan tədbirdə Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin böyük təlimatçısı Nizami Fərəcov iştirakçılara müxtəlif fövqəladə hallarda davranış və yanğın təhlükəsizliyi qaydaları haqqında məlumat verib.

Tədbirdə çıxış edən Səhiyyə Nazirliyi Səhiyyə obyektləri şəbəkəsinin inkişafının planlaşdırma şöbəsinin müdiri Əli Abbasov bildirib ki, son illər nazirliyin müəssisələrində aparılan islahatlar nəticəsində əksər səhiyyə müəssisələrinin maddi texniki vəziyyəti yaxşılaşıb, işçilər üçün təhlükəsiz və sağlam əmək şəraiti yaradılıb. Təmir edilən, yenidən qurulan bütün səhiyyə müəssisələri və obyektlərində avtomatik yanğın xəbərverici siqnalizasiya sisteminin quraşdırılması, yanğın su hovuzlarının tikintisi, sığınacaqların təmiri həyata keçirilib. Cari ilin yanvar ayında 1000 ədəd yanğınsöndürən balon yenidən doldurulub, müəssisələr 510 ədəd yeni balonlarla təmin edilib.

Səhiyyə müəssisələrində yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində müvafiq işlər davam edir.

Son xəbərlər

Orphus sistemi