Yuxarı
    Bağlamaq

    Bu il Mərkəzi Qan Bankına qan verənlərin sayı açıqlanıb

    Ödənişli donorluq yoxdur

    Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu ilin ilk 8 ayı ərzində Mərkəzi Qan Bankına 24 956 nəfər donorluq edərək qan verib. Bu barədə "Report"a Bankın müdiri Pərvanə Hacıyeva bildirib.

    O qeyd edib ki, ilin sonuna üç ay qaldığından, yekun statistikanı açıqlamaq hələ tezdir: "Son 5 ildə donorların sayında 75,3% artım olub. Keçən il isə 42 minə yaxın şəxs donorluq edərək qan verib. Ötən il üçün tədarük edilən bütöv qanın miqdarına gəlincə, bu, 20 803 ml qan təşkil edib".

    P.Hacıyeva onu da bildirib ki, Mərkəzi Qan Bankında qan verən bütün donorlar könüllü donorlardır: "Ödənişli donorluq yoxdur. Qan verən donorların müəyyən hissəsi isə qan lazım olan xəstələrin qohumlarıdır. Qanın saxlanma müddəti 35 gündən 42 günə qədərdir. Bu müddətdə isə qan köhnəlir və toplanan bu qədər qanı 42 gün ərzində işlətmək bir qədər çətin olur".

    "Qanların yoxlanılması ciddi prosesdir. Bu proses bizim üçün prioritetdir. Donordan götürülən qan nümunələri laboratoriyada müasir cihazlar vasitəsilə 4 infeksiya üzrə yoxlanılır: HİV½, HBsAg, HCV, Syphilis. İl ərzində yoxlanan qanların içində təxminən 7-8 % infeksiyalara görə yararsızlaşdırılır", - P.Hacıyeva qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi