Yuxarı

Bu il Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edənlərin sayı açıqlanıb

Allergik reaksiya ilə bağlı klinikaya ümumilikdə 19 nəfər müraciət edib

Bakı. 1 mart. REPORT.AZ/ Son iki ayda Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə müraciət edənlərin sayı açıqlanıb. KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov "Report"a deyib ki, bu müddət ərzində mərkəzə ən çox xəstə dəm qazından zəhərlənmə diaqnozu ilə daxil olub.

Onun sözlərinə görə, bu diaqnozla şöbəyə 62 nəfər müraciət edib. O bildirib ki, yanvar ayında 28, fevralda 34 xəstə qeydiyyata alınıb.

Şöbə müdiri qeyd edib ki, hazırda xəstəxanada dəm qazından zəhərlənmə diaqnozuna görə 5 nəfərin müalicəsi davam edir.

A.Maqsudov, həmçinin əlavə edib ki, yanvar-fevral ayında xəstəxanaya sərxoşluqla bağlı 22 nəfər daxil olub. Eyni zamanda, allergik reaksiya ilə bağlı klinikaya ümumilikdə 19 nəfər müraciət edib. Bu müddətdə heç bir ölüm faktı qeydə alınmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi