Bu il Klinik Tibbi Mərkəzə 466 nəfər zəhərlənmə diaqnozu ilə müraciət edib

Bu il Klinik Tibbi Mərkəzə 466 nəfər zəhərlənmə diaqnozu ilə müraciət edib "Onlardan 430-u Bakının payına düşüb"
Sağlamlıq
21 İyul , 2017 11:30
Bu il Klinik Tibbi Mərkəzə 466 nəfər zəhərlənmə diaqnozu ilə müraciət edib

Bakı. 21 iyul. REPORT.AZ/ "Bu ilin 6 ayında Klinik Tibbi Mərkəzin ikinci yoluxucu xəstəliklər şöbəsində 71 nəfər qida zəhərlənməsi, 395 nəfər kəskin mədə-bağırsaq iltihabı ilə stasionarda müalicə alıb".

"Report"un xəbərinə görə, bunu Klinik Tibbi Mərkəzin kəskin bağırsaq infeksiyaları şöbəsinin müdiri, Bakının baş infeksionisti Gülnarə Babayeva keçirdiyi brifinqdə deyib.

G.Babayeva onu da qeyd edib ki, ümumi zəhərlənmələrin 430-u Bakının, 36-sı isə rayonlardan gələnlərin payına düşüb.

O bildirib ki, hesabat dövründə botulizm hadisəsinə görə 13 nəfər şöbədə müalicə alıb: "Xəstələrdən 8-i Bakı və ətraf qəsəbələrdən, digərləri isə müxtəlif rayonlardan gəlib. Bu da keçən ilin 6 ayı ilə müqayisədə azalıb".

Son xəbərlər

Orphus sistemi