Yuxarı

Bu il Azərbaycanda qanvermə aksiyalarında tədarük edilən qanın miqdarı açıqlanıb

Aksiyalarda 51 367 nəfər könüllü donor iştirak edib

Bakı. 12 noyabr. REPORT.AZ/ Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı və regionlarda keçirilən könüllü qanvermə aksiyalarında bu ilin ilk doqquz ayı ərzində 24 128 770 ml qan tədarük edilib. Nazirlikdən "Report"a verilən xəbərə görə, aksiyalara 51 367 nəfər könüllü donor qatılıb.

Donor qanın əksər hissəsi Mərkəzi Qan Bankında, Milli Onkologiya Mərkəzində və Respublika Kliniki Tibbi Mərkəzdə toplanılıb. Tədarük olunan qan və komponentlərindən hemofiliyalı və talassemiyalı xəsətələrə, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunacaq.

Qanvermə aksiyalarının keçirilməsi davam etdiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi