Səhiyyə Nazirliyi: Bu il Bakıda 68 qadın evdə doğuş edib

Səhiyyə Nazirliyi: Bu il Bakıda 68 qadın evdə doğuş edib Ana və uşaqların hamısı təcili yardım həkimləri tərəfindən hospitalizasiya olunur
Sağlamlıq
12 Sentyabr , 2017 11:33
Səhiyyə Nazirliyi: Bu il Bakıda 68 qadın evdə doğuş edib
Report

Bakı. 12 sentyabr. REPORT.AZ/ "Bu ilin 8 ayı ərzində evdə doğuşlarla bağlı Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 68 müraciət olub, hamısı xəstəxanaya yerləşdirilib". 

"Report" xəbər verir ki, bunu Stansiyanın baş həkim müavini İradə Əliyeva deyib. 

"Evdə doğuşu həyata keçirilən ana və uşaqların hamısı təcili yardım həkimləri tərəfindən hospitalizasiya olunur" - deyən İ.Əliyeva qeyd edib ki, təcili yardım həkimləri hadisə yerinə çatanda artıq doğuşlar bitmiş olur. 

O bildirib ki, evdə doğuşları adətən 2-3-cü hamiləliyi olan qadınlar edir: "Birinci hamiləlikdə evdə doğuşlara çox az rast gəlinir. Belə hallar adətən Bakıətrafı kəndlərdə yaşayan əhali arasında qeydə alınır. Onların əksəriyyəti də rayondan Bakıya yaşamağa gələnlər və az sayda qonaqlar da olur. Araşdırma zamanı məlum olur ki, evdə doğuşu həyata keçirilən qadınlar qadın məsləhətxanalarına hamiləlik zamanı ya bir-iki dəfə gediblər, ya da ümumiyyətlə getməyənlərdir".

Son xəbərlər

Orphus sistemi