Britaniya alimlərinin sensasiyalı nəticəsi

Britaniya alimlərinin sensasiyalı nəticəsi Ürək tutması alkoqoliklərdə sağlam adamlardan daha az olur
Sağlamlıq
5 Aprel , 2015 04:33
Britaniya alimlərinin sensasiyalı nəticəsi

Bakı. 5 aprel. REPORT.AZ/ Alkoqol qaraciyər sirrozu, damarların aterosklerozu kimi ölümə gətirib çıxaran xəstəliklər yaradır. Lakin ürək tutması alkoqoliklərdə sağlam adamlardan daha az olur.

"Report" AZƏRTACa istinadən xəbər verir ki, “European Psychiatry” nəşrininin yaydığı məlumata görə, belə nəticəyə Böyük Britaniya alimləri gəliblər.

Eksperimentlərdə ümumilikdə 23 min alkoqoldan asılı, 234 min sağlam adam iştirak edib. Əldə edilən nəticələrə əsasən, alkoqolizm ömrü orta hesabla 7,6 il azaldır. Alkoqoliklərdə 27 xəstəlik növü sağlam adamlara nisbətən daha çox müşahidə olunur.

Spirtli içkilərin qəbulu ilə bağlı daha çox yayılan patologiya sırasında qaraciyər, mədə, baş beyin xəstəlikləri durur. Bununla belə, alkoqoliklərdə katarakta və ürək tutmalarına daha az rast gəlinir.

Son xəbərlər

Orphus sistemi