​Beynəlxalq ictimaiyyət ilk dəfə olaraq Beynəlxalq Yoqa gününü qeyd edib

​Beynəlxalq ictimaiyyət ilk dəfə olaraq Beynəlxalq Yoqa gününü qeyd edib İyunun 21-də BMT qərargahının girişi qarşısında bəzi sadə yoqa hərəkətlərinin təqdimatı keçirilib
Sağlamlıq
22 İyun , 2015 13:09
​Beynəlxalq ictimaiyyət ilk dəfə olaraq Beynəlxalq Yoqa gününü qeyd edib

Bakı. 22 iyun. REPORT.AZ/ Beynəlxalq ictimaiyyət ilk dəfə olaraq Beynəlxalq Yoqa gününü qeyd edib.

"Report" Birləşmiş Millətlər Təşkilatının informasiya mərkəzinə istinadən xəbər verir ki, iyunun 21-də BMT qərargahının girişi qarşısında ziyarətçilər üçün bəzi sadə yoqa hərəkətlərinin təqdimatı keçirilib.

Tədbirdə BMT-nin Baş katibi Pan Gi Mun və onun xanımı, diplomatlar, həmçinin, məşhur quru Şri Şri Ravi Şankar iştirak ediblər. Bu tədbirə web-translyasiya vasitəsilə ilə Hindistan və dünyanın digər yerlərində yoqa sevərlərin qatılması mümkün olub.

BMT Baş katibi Pan Gi Mun yoqanın fiziki və psixoloji sağlamlığın gücləndirməsi və insanların rifahının yaxşılaşdırılması üçün bir vasitə olduğunu bildirib.

Pan Gi Mun qərarı şərh edərək deyib ki, 21 iyun gününü Beynəlxalq Yoqa günü elan etməklə Baş Assambleya müasir dünyamızda bu qədim təcrübənin sağlamlıq və əmin-amanlıq üçün hərtərəfli faydasına diqqəti cəlb edib. 

Son xəbərlər

Orphus sistemi