Baş mama-ginekoloq: "Azərbaycanda qeysəriyyə əmsalını aşağı salmağa çalışırıq"

Baş mama-ginekoloq: "Azərbaycanda qeysəriyyə əmsalını aşağı salmağa çalışırıq" "Bu gün mama-ginekoloqlarımız uşaqlıq üzərində çapıq varsa, qadının əməliyyatla doğuş həyata keçirməsini daha yaxşı hesab edirlər"
Sağlamlıq
30 İyun , 2016 13:13
Baş mama-ginekoloq: Azərbaycanda qeysəriyyə əmsalını aşağı salmağa çalışırıq

Bakı. 30 iyun. REPORT.AZ/ "Qadınlara ilk qeysəriyyə kəsiyindən sonra iki il ərzində hamilə qalmaq olmaz". 

"Report"un məlumatına görə, bunu Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədova jurnalistlərə bildirib.

Onun sözlərinə görə, qadınların hamilə qalması uşaqlığın bitişmə qabiliyyətindən çox asılıdır: "Ancaq bizim gənclər doğuşdan 40 gün sonra hər şeyi yaddan çıxarır, kontraseptik üsullardan istifadə etmir, qadın məsləhətxanalarından məsləhət almırlar, öz bildiklərini edirlər. Nəticədə hamilə qalaraq risk qurupuna daxil olurlar".

S.Məmmədova deyib ki, qeysəriyyə kəsiyi təbii yol ilə doğuş baş verə bilməyən hallar üçün göstərişdir: "Bu göstəriş həm ana, həm də döl tərəfindən olur. Son illər bu göstərişlərin əksəriyyəti uşaqlıq üzərində olan təkrar çapığa görə gedilir. Dünyada qeysəriyyə kəsiyinə görə əmsal 15-50%-dir. Bu gün Azərbaycanda əmsal 19-20% arasındadır. Bu da Avropanın orta statistik rəqəmlərinə uyğundur. Azərbaycanda da hamiləliklərin strukturuna baxdıqda qeysəriyyə üçün birinci yerdə təkrar çapıq dayanır. Biz bu rəqəmləri aşağı salmağa çalışırıq. Amma təkrar çapıqlar bütün dünyada olduğu kimi əməliyyata birbaşa göstərişdir".

Baş mama-ginekoloq vurğulayıb ki, qeysəriyyə kəsiyindən sonra təbii doğuş üçün şərtlər var: "Əgər çapığın qalınlığı müəyyən ölçüdədirsə, qadının əməliyyatdan sonrakı zahılıq dövrü problemsiz keçibsə, onun çapığı birinci bitişibsə, onun birinci keysəriyyə kəsiyindən 2 il keçibsə, doğum fəaliyyəti normaldırsa, uşağın çəkisi balacadırsa, birinci doğuşda çanaqla əlaqdar nisbi göstəriş olubsa, ancaq açıq əməliyyat şəraitində, yəni cərrah, narkoz vasitələri yanında olmaqla doğuş aparıla bilər. Amma qeysəriyyə kəsiyinin olması üçün 5 tibbi göstəriş var. Bunun da birincisi bundan əvvəl keçirilən əməliyyatdakı çapıqdır. Bu gün Azərbaycanın mama-ginekoloqları uşaqlıq üzərində çapıq varsa, qadının əməliyyatla doğuş həyata keçirməsini daha yaxşı hesab edirlər".

Son xəbərlər

Orphus sistemi