Yuxarı
    Bağlamaq

    Baş həkim: "Sürüşərək yıxılıb travma alan 2 nəfər təcili yardıma müraciət edib"

    Rauf Nağıyev: Hazırda onlar Travmatologiya və Ortopediya Elmi-Tədqiqat İnstitutunda müayinə olunurlar

    Bakı. 26 yanvar. REPORT.AZ/ "Yanvarın 25-i səhərdən bu gün səhərə kimi Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında 1 800 çağırış qeydə alınıb. Səhər saatlarında isə sürüşərək yıxılıb travma alan 2 nəfər təcili yardıma müraciət edib. Hazırda onlar Travmatologiya və Ortopediya Elmi-Tədqiqat İnstitutunda müayinə olunurlar". 

    Bunu "Report"a açıqlamasında stansiyanın baş həkimi Rauf Nağıyev deyib.

    Onun sözlərinə görə, bu müddət ərzində bütün çağırışlar icra olunub: "Bütün köməkçi stansiyalar yüksək keçiricilik qabiliyyəti olan nəqliyyat vasitəsi ilə təmin olunub. Çağırışlar idarə olunur. Yıxılaraq xəsarət alanlar barədə hələlik dəqiq məlumatım yoxdur. Çünki hələ onlar rentgendən keçiriləcək. Onları Elmi-Tədqiqat İnstitutuna aparan həkim briqadaları hələ geri dönməyib".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi