Yuxarı
    Bağlamaq

    Baş direktor müavini: "Azərbaycanda malyariyanın qarşısı tam olaraq alınıb"

    Afaq Əliyeva: 2013-cü ildən ölkədə bu xəstəliyə yoluxma halları qeydə alınmayıb

    Bakı. 17 avqust. REPORT.AZ/ "Son 5 il ərzində 35 rayon mərkəzinin su təchizatı və kanalizasiya sistemlərinin layihələrinin ekspertizası aparılıb, 9 rayon mərkəzində isə həmin sistemlərin istismara verilməsinə müsbət rəylər verilib".

    "Report"un xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktor əvəzi Vaqif Abdullayev bu gün keçirilən mətbuat konfransında deyib.

    O bildirib ki, 52 rayonun 2 683 kəndində 3 647 su mənbəyindən laboratoriya nümunələri götürülüb: "2 835 su mənbəyinin vəziyyəti bilavasitə Respublika GEM-in mütəxəssisləri tərəfindən yerində araşdırılıb, 39 rayonda vəziyyət haqqında rayonların icra hakimiyyətlərinə təkliflər verilib, tədbirlər hazırda davam etdirilir. Yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanması, müntəzəm daşınması və zərərsizləşdirilməsi məsələlərinə nəzarət təmin olunmaqla aşkar olunan çatışmazlıqlar barəsində hər il Bakı şəhər İcra Hakimiyyətinin müvafiq icraçı qurumlarına təkliflər verilib".

    Direktor əvəzi vurğulayıb ki, Səbail rayonun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya mühafizə zolaqlarında dəniz suyunun intensiv çirklənmə hallarının davam etməsini nəzərə alaraq həmin ərazilərdə çimərliklərin istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barədə Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən qəbul edilən qərar qüvvədə saxlanılıb.

    Mərkəzin baş direktorunun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva isə bildirib ki, son 5 il ərzində profilaktik peyvənd təqviminə B tipli hemofil infeksiyaya qarşı, pnevmokok əleyhinə vaksinlərin, bu ilin fevral ayından isə inaktivləşdirilmiş poliomielit vaksininin tətbiq edilməsi Azərbaycanda uşaqların 11 xəstəliyə qarşı peyvənd edilməsini təmin edib.
    O əlavə edib ki, malyariya əleyhinə aparılan məqsədyönlü kompleks əksepidemik tədbirlər nəticəsində malyariya ilə xəstələnmə səviyyəsi ilbəil azalıb və 2013-cü ildən etibarən yoluxma halları qeydə alınmayıb: "Azərbaycan ərizisində malyariyanın tam ləğvinə nail olunub".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi