Yuxarı

Keçən il Bakıda uşaqlar arasında hepatitə yoluxmanın statistikası açıqlanıb

Bakı şəhərində 155 nəfər viruslu hepatitlərə yoluxub

Bakı. 2 iyun. REPORT.AZ/ "Keçən il Bakı şəhərində 155 nəfər hepatitlərə yoluxub ki, onlardan 52-si qadınlardır". Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) "Report"un soruğusuna cavab olaraq bildirilib.

DSK-dan verilən məlumata görə, keçən il yoluxanlar arasında 66 nəfər kəskin B hepatitindən əziyyət çəkib ki, onlardan 23-ü qadındır. C hepatitinə isə 44 nəfər yoluxub. Onlardan da 16-sı qadındır. Bu göstərici 2013-cü ilin rəqəmləri ilə təxminən üst-üstə düşür.

Bundan başqa, Bakı şəhərində 0-4 yaşlı uşaqlar arasında 2013-cü ildə cəmi 1 nəfərdə viruslu hepatit aşkar olunub.

Həmçinin keçən il 4 yaşından yuxarı olan uşaqlar arasında da hepatitlər aşkar edilib. Belə ki, 2014-cü ildə 5-13 yaşlı uşaqlarda ümumilikdə 9 nəfərdə hepatitə yoluxma halı müəyyən edilib. Onlardan 3-ü B hepatiti, 1-i isə kəskin C hepatitinə yoluxub. 

Bundan başqa, keçən il 14-17 yaşlı uşaqlarda viruslu hepatitlərə 9 nəfər yoluxub ki, onlardan 4-də kəskin hepatit B aşkarlanıb. 2013-cü ildə isə ümumilikdə 11 nəfərdə virus aşkar olunmuşdu ki, onlardan 5-ində hepatit B virusu müəyyən olunmuşdu. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi