Bakıda ticarət mərkəzində baş verən yanğında 12 nəfər xəsarət alıb - RƏSMİ - YENİLƏNİB

Bakıda ticarət mərkəzində baş verən yanğında 12 nəfər xəsarət alıb - RƏSMİ - YENİLƏNİB Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğında 12 nəfər xəsarət alıb.
Sağlamlıq
26 Mart , 2019 18:42
Bakıda ticarət mərkəzində baş verən yanğında 12 nəfər xəsarət alıb  - RƏSMİ - YENİLƏNİB

Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğında 12 nəfər xəsarət alıb.

Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından "Report"a verilən məlumata görə, hadisə yerinə Nizami rayon 6 saylı Təcili Tibbi Yardım Stansiyasının, Xətai rayonu 7 saylı Təcili Tibbi Yardım Stansiyasının, Sabunçu rayonu 13 saylı Təcili Tibbi Yardım Stansiyasının bölmələri cəlb edilib.

Yanğın zamanı 5 nəfər tüstüdən boğulma ilə təcili yardıma müraciət edib: "Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 1-i xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı həmçinin 1 polis əməkdaşı burun qanaxması ilə təcili yardıma müraciət edib. Yanğın zamanı habelə daha 2 nəfər də yanıq xəsarətləri alıb", - deyə rəsmi məlumatda bildirilir.

Qeyd edək ki, xəsarət alanların hamısı Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarıdır.  


***10:42

Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğında 10-dan çox şəxs xəsarət alıb. 

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, bu barədə 6 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimi məlumat verib. 

Qeyd olunub ki, həmin şəxslərə ilkin tibbi yardım göstərilib. 

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov "Report"a bildirib ki, hadisə ilə əlaqədar şöbəyə gətirilən olmayıb. 

Son xəbərlər

Orphus sistemi