Bakıda mürəkkəb cərrahi əməliyyat həyata keçirilib

Bakıda mürəkkəb cərrahi əməliyyat həyata keçirilib Əməliyyatı Ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudov edib
Sağlamlıq
11 Avqust , 2015 16:18
Bakıda mürəkkəb cərrahi əməliyyat həyata keçirilib

Bakı. 11 avqust. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasında mürəkkəb əməliyyat həyata keçirilib. ATU-dan "Report"a verilən xəbərə görə, əməliyyatı Ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudov edib. 

"Qırtlaq-udlağın şişi deyərkən söhbət udlağın aşağı hissəsinin xərçəngindən, bədxassəli şişindən gedir. Həmin nahiyədə şiş aqressiv gedişə malik olur və boyun limfa düyünlərinə metastaz verir. Əməliyyat zamanı qırtlaq-udlaq tam götürülür, boyun limfa düyünləri tam şəkildə çıxarılır. Burada ikinci çox mühüm məsələ götürdüyümüz toxumaların, yəni həmin qüsurun rekonstruksiyasıdır, yəni bərpa olunmasıdır. Bu ona görə vacibdir ki, xəstənin qidalanması bərpa oluna bilsin", - Məhəmməd Davudov deyib.

Həkim bildirib ki, bunün üçün bir çox üsullardan istifadə olunur: "Dünya praktikasında da udlağın rekonstruksiyası üçün bir çox flepplərdən istifadə olunur. Bunlardan biri də acı bağırsaqdan götürülmüş fleppdir. Xəstələr məhz belə rekonstruksiyadan sonra normal həyata daha rahat adaptasiya olunurlar. Bu əməliyyat prosesi çox mürəkkəb bir texnika olduğundan, xaricdə olan həkimlərlə işbirliyi qurmaq qərarına gəldik. Beləliklə, təcrübə mübadiləsi aparmış oluruq. Tehran Tibb Elmləri Universitetinin estetik-plastik-rekonstruktiv cərrahı Həmid Rza Fəthini bu əməliyyat üçün klinikamıza dəvət etdim. Onunla birgə bu əməllyyatın icrasını uğurla həyata keçirdik".

Son xəbərlər

Orphus sistemi