Yuxarı
    Bağlamaq

    Bakıda əhalinin sağlam həyat tərzinə qarşı münasibəti müəyyən edilib

    Tədbirin əsas təşkilatçısı Səhiyyə Nazirliyidir

    Bakı. 16 Dekabr. REPORT.AZ/ Səhiyyə Nazirliyi və "Ümid" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Sağlam ol" adlı layihəyə yekun vurulub.
    “Report”un xəbərinə görə, tədbirdə bildirilib ki, "Sağlam ol" layihəsinin məqsədi cavabların dinamikliyini ölçərək əhalinin sağlam həyat tərzinə qarşı münasibətini müəyyən etmək üçün sosial araşdırma keçirməkdir.

    Məqsədə çatmaq üçün araşdırma əhalinin sağlam həyat tərzi haqqında maarifləndirilməsi, sağlam həyat tərzinə riayət etməsi, sağlam həyat tərzinə mənfi təsir edən vərdişlərin aradan qaldırılması, tibb sahəsində Bakı sakinlərinin biliklərinin müəyyən edilməsi və onların hansı tibbi xidmətdən istifadə etməsi ve bu kimi mövzuları əhatə edib.
    Səhiyyə Nazirliyinin mətbuat katibi Anar Qədirli bildirib ki, "Bu cür araşdırmaların aparılması sevindirici haldır. Əhalinin öz sağlamlıqlarına, sağlamlığı qoruyan alətlərə olan münasibətini öyrənmək və sağlam həyat tərzi sürməyən insanların əsas səbəblərini anlamaq olduqca vacibdir. Bu sorğunun böyük bir kampaniyanın əsasını qoyacağına ümid edirəm". Tədbirin sonunda araşdırmanın nəticəsi açıqlanıb və məlum olub ki, sorğu Bakı şəhərini əhatə edib və 1000 nəfər arasında keçirilib.

    Sorğunun 51%-ni kişi, 49%-ni qadın əhatə edib. Nəticələrə əsasən sorğu iştirakçılarının 83 faizi fiziki fəaliyyətlərlə, 70 faizi orta səviyyəli fiziki aktivliklə belə məşğul olmur. Bu cür fəaliyyətlərlə məşğul olanların həftəlik orta göstəricisi 1.5 gün təşkil edir.

    Respondentlərin 16 faizi pəhriz saxlayır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi