Bakı- Sumqayıt yolundakı qəzada 5 nəfər yaralanıb

Bakı- Sumqayıt yolundakı qəzada 5 nəfər yaralanıb Bakı-Sumqayıt magistralında turizm şirkətinə məxsus avtobusla sərnişin daşıyan 525 saylı avtobus toqquşub.
Sağlamlıq
8 Avqust , 2019 10:31
Bakı- Sumqayıt yolundakı qəzada 5 nəfər yaralanıb

Bakı-Sumqayıt magistralında turizm şirkətinə məxsus avtobusla sərnişin daşıyan 525 saylı avtobus toqquşub.

"Report" xəbər verir ki, qəza nəticəsində Respublika Klinik Xəstəxanasına 50, 58, 41 yaşlı qadınlar və 59, 23 yaşlı kişilər olmaqla ümumilikdə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə müraciət edib. 

Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, yaralılara lazımi tibbi yardımlar göstərilib və ambulator müalicəyə buraxılıblar.

Son xəbərlər

Orphus sistemi